Ötən gün bağlanan Quba-Xınalıq yolu açıldı
26
may
2022
09:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün qaya parçalarının yola düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolu bərpa olunub.
BAKU.WS xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, hərəkətin bərpa olunması üçün əraziyə cəlb olunan xüsusi texnikaların köməkliyi ilə yolda hərəkət bərpa olunub.
Qeyd edək ki, ötən gün Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi.
Oxşar xəbərlər
Qubada sel körpünü uçurub: Bir neçə kəndlə əlaqə kəsildi - FOTO
Mayın 24-dən başlayan aramsız yağışlar nəticəsində çaylarda yaranmış sel suları Quba rayon ərazisində bir sıra fəsadlar törədib. BAKU.WS-in Report-a istinadla x...