Ötən gün Azərbaycanda borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılıb
21
fev
2026
18:55
Ötən gün Azərbaycanda axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə isə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Oxşar xəbərlər
Sertifikasiyadan kəsilən müəllimlərə qarşı 27 min manatlıq DƏLƏDUZLUQ: Cinayət işi açıldı
Goranboy rayonunda sertifikasiya imtahanından kəsilən müəllimlərə qarşı dələduzluq edilib. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, 47 yaşlı rayon sakini Sal...