Ötən ay 20 aptekdə nöqsan aşkarlanıb, protokollar tərtib edilib

02
may
2025
14:01
2025-ci ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 13, respublikanın digər şəhər və rayonlarında isə 45 aptek olmaqla, ümumilikdə 58 aptek təftiş olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, onlardan 56 planlı, bir plandankənar və bir yoxlamadan kənar təftiş həyata keçirilib. Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.10, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
Oxşar xəbərlər
Bakıda yeniyetmə oğlan anasını geyim üstündə ÖLDÜRÜB?
Bakıda oğulun anasını hotel otağında öldürdüyü bildirilir. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, həyat yoldaşından ayrılan Əsmət Qasımova yeniyetmə oğ...
