Orduda "həyəcan": Zirehli texnika hərəkətə keçdi (VİDEO/FOTO)
Müdafiə nazirinin tapşırığına əsasən qoşunların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birlik və birləşmələrdə keçirilən təlimlərə cəlb edilən müxtəlif növ hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları cəmləşmə rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə və müəyyən edilmiş normalara uyğun müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.
Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidmətləri təşkil olunub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan ordusunda həyəcan: uçan hədəflər məhv edildi (FOTO, VİDEO)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri təlim çərçi...