Ordubadda qaya uçqunu olub
31
mar
2026
12:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub.
Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub.
Qaya parçaları qısa müddətdə dağıdılaraq ərazidən yığışdırılıb, yolda təhlükəsiz hərəkət bərpa olunub.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...