Ordubad, Babək və Şərur rayonlarında yanğınlar olub - FOTO/VİDEO

Ordubad, Babək və Şərur rayonlarında yanğınlar olub - FOTO/VİDEO
Foto Video
Hadisə 20

Naxçıvan Muxtar Respublikasının Ordubad, Babək və Şərur rayonlarında yanğınlar olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” “qaynar xətt”inə Ordubad rayonun Dəstə, Babək rayonun Şıxmahmud, Şərur rayonun Məmmədsabir kəndlərində həyətyanı sahələrdə, Şərur rayonun Zeyvə kəndində isə qəbirstanlıqda və ona yaxın həyatyanı sahədə yanğınların baş verməsi barədə informasiyalar daxil olub.

Məlumatlarla əlaqədar Ordubad, Şərur və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının və fərdi yaşayış evinə, yardımçı tikiliyə keçməsinin qarşısı alınıb.

Son xəbərlər