Onlar da məsuliyyətdən kənarda qalmayacaq - Zakir Qaralovdan MTN işi ilə bağlı AÇIQLAMA - VİDEO

Onlar da məsuliyyətdən kənarda qalmayacaq - Zakir Qaralovdan MTN işi ilə bağlı AÇIQLAMA - VİDEO
Video
Hadisə 1522
 

Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri  Zakir Qaralov Gununsesi.info-nun gunun əsas mövzuları ilə bağlı suallarını cavablandırıb. Baş prokurorun cavabını təqdim edirik:

Cənab baş prokuror, Azərbaycan cəmiyyətini narahat edən bir sual hələ də açıq qalır. Niyə, Eldar Mahmudov həbs olunmur? Bu şəxsin rəhbəri olduğu qurumda 20 nəfər vəzifə cinayətlərinə görə, həbsdə olduğu halda o, azadlıqdadır.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bu gün də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır. Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq.

Baş Prokurorluğun MTN-də İstintaqa Nəzarət İdarəsinin prokurorları MTN müstəntiqlərinin qanunsuzlulqarına göz yumub. Bəs, baş Prokurorluğun rəhbərliyi bu cür halları araşdırıb, tədbirlər görübmü? 

Sizin fikrinizlə, tam razı deyiləm. Çünki, istintaqın tam araşdırma predmenti olan işlər üzrə tam əksəriyyəti MTN-nin icraatında olmayıb. Həmin şikayətlər üzrə qeydiyyatdan keçirilməyib. Konkret cinayət işləri üzrə qanunsuzluq faktları olub. Bu faktlarla bağlı həm də xidməti araşdırma aparırıq. Xüsusi vurğulamaq istəyirəm ki, Baş Prokurorluq öz məsuliyyətini kənarda qoymur.Əgər belə faktlar müəyyən olunacaqsa, həmin əməkdaşlarımız barəsində tədbirlər görüləcək.

Əli İnsanov barəsində ne deyə bilərsiniz?

Nə deyəsiyəm ki…Cinayət törədib ki, cinayət işi də başlanıb.

Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququqnun məcburiliyini tanısa da Konvensiyanın 5-ci maddəsinin pozuntusu barədə qərarlar da artır. Niyə, ölkəmizdə həbs-qətimkan tədbiri kütləviləşib?

Mən sizlə razı deyiləm ki, bu, belədir. əgər bir-iki iş olubsa, bunu ümumiləşdirib, qiymət vermək olımaz. Biz Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşırıq və icra edirik.

BAKU.WS

Oxşar xəbərlər

Zakir Qaralov Məhəmməd Əsədovun oğluna vəzifə verdi

Zakir Qaralov Məhəmməd Əsədovun oğluna vəzifə verdi

Bakının iki rayonuna yeni prokuror təyin edilib. Baş Prokuror Zakir Qaralov 20 noyabr facisənin qurbanı olan keçmiş dövlət müşaviri Məhəmməd Əsədovun oğluna...

1415 Sosial 18:14 16 mart 2016

Son xəbərlər