On gün əvvəl kanalda batan şəxsin meyiti tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
On gün əvvəl yol qəzası nəticəsində Xızıda kanalda batan şəxsin meyiti tapılıb.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanvarın 8-də Xızı rayonunun Sitalçay kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil ilə birlikdə Taxtakörpü-Ceyranbatan su kanalına düşən 1975-ci il təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun axtarışları başa çatıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.İbrahimovun meyiti su kanalındakı mürəkkəb hidrotexniki qurğunun (düker) içərisində aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb
Kəlbəcərdə göldə batan Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti tapılıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikh...