Ömürlük məhkumlar məhkəməyə müraciət ediblər

Ömürlük azadlıqdan məhrum edilən üç nəfər məhkəməyə müraciət edib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hazırda Qobustan həbsxanasında cəza çəkən və ömürlük azadlıqdan məhrum edilən “Qaranquş” dəstəsinin üzvü İntiqam Qayıbov, Sahib Məmmədəliyev və digər ömürlük məhkum Yaşar Pənahpur Qaradağ Rayon Məhkəməsinə ərizə veriblər.
Onlar ərizələrində 25 ildən artıqdır cəza çəkdiklərini və barələrindəki hökmlərin müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmalarını xahiş ediblər.
Ərizə verənlərdən Sahib Məmmədəliyevin ərizəsi təmin edilməyib. O, qərardan apellyasiya şikayəti verib.
İntiqam Qayıbov və Yaşar Pənahpurun məhkəmə prosesi isə təxirə salınıb və yaxın günlərdə həmin işlər üzrə də qərar veriləcək.
Oxşar xəbərlər
32 ildir həbsdə olan “Qurbaşı” dəstəsinin ömürlük cəzaya məhkum edilən üzvü azadlığa çıxmaq istəyir
Azərbaycanda ömürlük cəzaya məhkum edilən - “Qurbaşı” dəstəsinin sağ qalan üzvlərindən biri Çingiz Paşayev yenidən məhkəməyə müraciət edib. BAKU.WS “report”a is...
