Ölkədən qanunsuz xarici valyutanın çıxarılmasına cəhd edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən, həmin ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb, sürücüsü şifahi sorğu sual olunub.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata əsasən, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində olan 9 500 ABŞ dollarını gömrük nəzarətinə təqdim edib. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib.
Yoxlama zamanı avtomobilin salonunda olan gödəkçənin cibində gömrük nəzarətindən gizlədilən 1 milyon 548 min rus rublu, vətəndaşın üzərindən isə 4000 ABŞ dolları aşkar edilib.
Oxşar xəbərlər
Ölkəyə qanunsuz dərman keçirmək istəyən şəxs saxlanılıb
Gürcüstandan Azərbaycana xeyli sayda dərman keçirmək istəyən şəxs saxlanılıb. Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən bildiriblər. Qeyd olunub ki, ilkin...