Oğuzda qanunsuz ağac kəsiminə görə cinayət işi başlanılıb
19
yan
2026
14:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz rayonunun Padar kəndində qovaq növündən olan ağacların kəsilməsi və təbiətə 6 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, ağacları kəsməkdə şübhəli bilinən 51 yaşlı İlkin Mustafayev saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....