Oğuzda narkokuryerlər saxlanılıb
Oğuzda saxlanılan narkokuryerlərdən 13 kq marixuana aşkarlanıb.
BAKU.WS xəbər verir kİ, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Pərviz Mahmudov və 34 yaşlı Xanlar Abdullayev narkokuryerlikdə şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 13 kiloqramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
Aprelin 29-da polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 13 avt...