Oğuzda dağlıq ərazilərdəki yanğın söndürülüb - FOTO/VİDEO - YENİLƏNİB

Oğuzda dağlıq ərazilərdəki yanğın söndürülüb - FOTO/VİDEO - YENİLƏNİB
Foto Video
Hadisə 31

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Oğuz rayonu ərazisində 2 saylı meşə dolayında avqustun 24-də baş vermiş yanğın genişlənməsinə imkan verilmədən dünən axşam saatlarında söndürülüb.

Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.

Yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 0.3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilmiş operativ tədbirlər sayəsində sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

*** 10:03

Oğuz rayonunda dağlıq ərazidə baş verən yanğın söndürülüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, yanğın avqustun 24-də rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisindəki yüksək dağlıq ərazidə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.

Gecə saatlarında yanğın söndürülüb.

Oxşar xəbərlər

Şəkidəki yanğın söndürüldü - VİDEO

Şəkidəki yanğın söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın daha geniş əraziyə yay...

23 Hadisə 17:58 24 avqust 2022

Son xəbərlər