Oğuzda 30 yaşlı kişi bıçaqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Pərvin Nəsrəddin oğlu Lətifov şəxsi münaqişə zəminində həmkəndlisi, 1990-cı il təvəllüdlü Röyal Ramiz oğlu Abdullayevə bıçaqla xəsarət yetirib.
30 yaşı Röyal Abdullayev Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən 28 yaşlı Pərvin Lətifov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...