Oğuza güclü yağışdan sonra sel gəlib - VİDEO

25
iyl
2024
19:00
Oğuz rayonunda yağan güclü leysan bir sıra problemlərə səbəb olub.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Belə ki, ötən gün günorta saatlarından başlayaraq Oğuz rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü yağış nəticəsində rayon mərkəzindən 40 km məsafədə yerləşən Filfilli kəndinə sel gəlib.
Sel suları kənd daxili yolları yuyub, sakinlərin şəxsi təsərrüfatlarına ziyan vurub. Selin yolları yuması səbəbindən rayon mərkəzinə gediş-gəlişdə problemlər yaranıb.
Oxşar xəbərlər
Daşkəsəndə güclü sel - FHN əməkdaşları bölgəyə ezam olundu
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Daşkəsən rayonunda güclü sel nəticəsində dəymiş ziyanı müəyyənləşdirmək üçün rayona ezam olunub.Bu barədə Trend-ə açıq...
