Oğul anasını qorumaq istəyərkən öldü - Ailə faciəsinin dəhşətli TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda 33 yaşlı Elvin Aslanovun qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Elvin Aslanov valideynləri arasında baş verən mübahisə zamanı həyatını itirib.
İlkin ehtimala görə, ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 57 yaşlı Şahin Aslanov həyat yoldaşına bıçaqla xəsarət yetirmək istəyib. Bu zaman onları ayırmağa çalışan oğlu Elvin Aslanov bıçaq zərbəsinə tuş gəlib və aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisədən sonra Şahin Aslanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, qətlə yetirilən Elvin Aslanov fitnes klubunun rəhbəri olub.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...