"Qızım öləndə şəhid analarından üzr istədim" - Məktəb direktoru göz yaşlarını saxlaya bilmədi
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Biləsuvar rayonunda yerləşən 1 nömrəli məktəbin direktoru Xanımgül Abıyeva olub.
Xanımgül müəllimə ailə dəyərləri və qadının ailədəki rolu ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, ailə sirri ailədə qalmalıdır: "Ailə sirri sosial şəbəkələrə çıxırsa, artıq ipin ucu gedir. Əsl qadın evin sirrini yaymamalıdır. Ailədə əsas rolu qadın oynayır. Kişi çöl quşudur, çöldə olur, qazanıb gətirir, amma evi yığan qadındır".
Xanımgül Abıyeva 44 günlük Vətən müharibəsi dövründə ağır itkilərlə üzləşib. Həmin müddətdə onun beş şagirdi şəhid olub.
O, yaşadığı ağrılı xatirəni belə xatırlayıb: "Qızım öləndə şəhid anaları da yas mərasiminə gəlmişdilər. Mən onlardan üzr istədim, sonra ağladım".
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.