Obama pivə içdi - FOTO
Vyetnamda səfərdə olan super güc ABŞ prezidentinin yeməyi dünyanın gündəminə düşüb. 1963-1973-cü illərdə 60 min amerikalı hərbçinin öldüyü Vyetnamın paytaxtında çəkilən bu foto dünyanın marağına səbəb olub.
ANS PRESS-in məlumatına görə, Obama paytaxtdakı kafelərdən birində amerikalı aşpaz və yazıçı olan Antoni Bourdain ilə görüşüb. Yazıçı və prezident küçə restoranlarından birində oturaraq həm yemək yeyib, həm də söhbət ediblər.
"No Reservations" adlı proqramında ziyarət etdiyi ölkələri və onların mətbəxlərini tanıdan Bourdain Obama ilə görüşünün fotolarını özünün sosial şəbəkədəki səhifələrində yerləşdirib.
"Alçaq plastik stul, uzuc, amma ləzzətli yemək, soyuq pivə", - deyə o, fotonu şərh edib. Onun bu paylaşımı ancaq "Twitter"də qısa zaman ərzində minlərlə bəyənmə və paylaşım ala bilib.
Yeməkdə onların nədən danışdığı açıqlanmayıb. Ancaq fotolardan da görünür ki, onlar tərəvəzdən olan yeməklərə üstünlük veriblər. Prezident və yazıçının rahatlığı fotolarda da açıq-aşkar görünür. Obama ilə eyni restoranda sadə insanlar da olub.
Lakin görünür ki, prezidentlə bir məkanda olmaq onların diqqətini elə də çəkə bilməyib. Çöldə isə ABŞ dövlət başçısını onlarla fotoqraf, jurnalist gözləyib.
Onların yemək-içməyinin hesabı isə cəmi 6 dollar olub. Bu zaman isə amerikalı aşpaz prezidentə əlini cibinə atmağa belə imkan verməyib və onu qonaq etdiyini deyib.
B.Obama iki ölkə arasında münasibətlərin düzəlməyə başladığı 1995-ci ildən Vyetnamı ziyarət edən 3-cü ABŞ prezidenti olub. Ondan öncə Bill Klinton 2000, Corc Buş isə 2006-cı ildə bu ölkədə olub.
1965-1973-cü illərdə davam edən ABŞ-Vyetnam savaşında 58 min amerikalı həlak olub. İki ölkə arasında ticarətin həcmi 45 milyard dollardır.
BAKU.WS
Oxşar xəbərlər
Obama və Fidel Kastronun azərbaycanlı oxşarları görüşdü (VİDEO)
Amerika prezidenti Barak Obama və Kubanın lideri Fidel Kastronun oxşarları görüşüb. BAKU.WS məlumat verir ki, Obamanın mart ayında Kubaya ziyarəti zamanı baş t...