"OBA" marketdən oğurluq edənlər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda "OBA" marketdən seyf oğurlayan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov və Əli Əliyev saxlanılıblar.
Araşdırmalar zamanı həmin şəxslər rayon ərazisində olan "Oba" marketdən içərisində 2000 (iki min) manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını səmimi etiraf ediblər.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda 70 kiloqramlıq seyfi oğurlanan şəxs eks-nazir müavinidir – FOTO
Ötən il dekabrın 31-də Bakı şəhəri, Binəqədi rayonunda mənzildən 282 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Murad Allahverdiyev və Uveys Məmmədova hökm o...