Marketin damını sökdülər və ... FOTO

Marketin damını sökdülər və ... FOTO
Hadisə 1151

Bakıda marketin damını sökərək obyektdən seyf oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib.
Mağaza sahibi Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinə müraciət edərək marketin dam örtüyünün söküldüyünü və bununla da obyektə daxil olan şəxsin içərisində 3800 manat olan seyfi və ərzaq məhsullarını oğurladığını bildirib.Məlumat daxil olan kimi polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sənan Verdiyev və Elimxan Alıyev saxlanılıblar.
Qrupun digər üzvü paytaxt sakini Nazim Mayılov isə başqa bir qanun pozuntusuna yol verdiyi üçün hazırda DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində cəza çəkir.Araşdırma zamanı müəyyən olunub ki, marketə E.Alıyev dam hissədən daxil olaraq seyfi ələ keçirib. Daha sonra o, digər dəstə üzvləri ilə birgə seyfi sındırıb və əldə etdikləri pulu aralarında bölüblər.

Pulu ələ keçirəndən sonra saxlanılan şəxslər izi itirmək məqsədi ilə sındırdıqları seyfi Qum adası adlanan ərazidə suya atıblar. Polis əməkdaşları tərəfində həmin seyf atıldığı yerdən tapılaraq maddi sübut kimi götürülüb.Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. BAKU.WS

Oxşar xəbərlər

Bakıda bu şəxs velosiped oğurlayırmış – FOTO

Bakıda bu şəxs velosiped oğurlayırmış – FOTO

Xətai rayonu, S.Vəzirov küçəsi 22-də yaşayan paytaxt sakini İmran Rəsulov polisə müraciət edərək ona məxsus dəyəri 350 manat olan velosipedin naməlum şəxs tərəf...

787 Hadisə 11:20 07 mart 2019

Son xəbərlər