İntihara cəhd edən birinci kurs tələbəsi xəstəxanada zorlandı

İntihara cəhd edən birinci kurs tələbəsi xəstəxanada zorlandı
Hadisə 5815
 

Türkiyənin Hakkari vilayətində 20 yaşlı birinci kurs tələbəsi N.K dərslərdən aşağı qiymət aldığına görə, özünü öldürmək istəyib. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə gənc qız çoxlu dərman atıb. Komaya düşən N.K xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicə olunan qız sanitar tərəfindən təcavüzə uğrayıb. Komadan ayıldıqdan sonra zorlandığını dərk edən qız polisə müraciət edib.

Qızın ifadəsi əsasında sanitar həbs edilib.

BAKU.WS

Son xəbərlər