İntihar edən təşkilat sədri ilə bağlı AÇIQLAMA

İntihar edən təşkilat sədri ilə bağlı AÇIQLAMA
Hadisə 1887

Xəbər verildiyi kimi, Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ramil Axundov özünə sui-qəsd edib. Gəncin hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.

BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı KİV-də yayılan məlumatlarda onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi və filialın TGT sədri olması qeyd edilib.

Məsələ ilə bağlı açıqlama verən ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun əməkdaşı Cavid Hüseynov qeyd edib ki, yayılan məlumatlar əsassızdır və gənc ADPU-nun Ağcabədi filialının yox, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi və həmin kollecin TGT sədri olub.

Əlavə olaraq bildirək ki, hazırda ADPU-nun Ağcabədi filialının TGT sədri postu sabiq sədr Eltac Fərzəliyev 2020-ci ilin iyulunda təhsilini bitirərək həqiqi hərbi xidmətə yollanandan sonra hələ ki, boşdur.

Son xəbərlər