"İnterpol"dan Azərbaycana məktub gəldi

İnterpoldan Azərbaycana məktub gəldi
Hadisə 2900

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanovun beynəlxalq axtarışı ilə bağlı "İnterpol" Azərbaycan tərəfinə məktub göndərib.

Bu barədə report-a vəkil Kamandar Nəsibov bildirib.

Onun sözlərinə görə, məktubda qeyd edilib ki, sabiq Aparat rəhbərinin "İnterpol" kanalları ilə beynəlxalq axtarışı davam edir: ""İnterpol"dan göndərilən məktubda bildirilir ki, Səfər İmanovun yerinin müəyyən olunması istiqamətində bu günə kimi yararlı məlumat daxil olmayıb".

Qeyd edək ki, AQUPDK-nun sabiq aparat rəhbəri S.İmanovun vətəndaş E.Kərimovu işə düzəltmək adı ilə ondan külli miqdarda pul alaraq aldatması ilə əlaqədar həmin komitədən daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı qeyd olunan komitənin sabiq aparat rəhbəri S.İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş E.Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

BAKU.WS

Oxşar xəbərlər

Nazirliyin "paket"ləri: 400 manatdan 6 minədək...

Nazirliyin "paket"ləri: 400 manatdan 6 minədək...

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksək vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin ibtidai istintaqı dövründə şahid qismində...

4300 Hadisə 10:02 22 noyabr 2016

Son xəbərlər