“İnstagram”da narkotik qəbulunu təbliğ edən videolar yayan şəxs həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
“İnstagram” sosial şəbəkəsində “m_s700” adlı profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Sabunçu rayon sakini Sahib Məmmədov saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Sahib Məmmədovun mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub.
Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən Sahib Məmmədov İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs tətbiq edilib.
Oxşar xəbərlər
23 milyonluq heroin Azərbaycandan necə daşındı?
Son vaxtlar Azərbaycandan 3-cü ölkələrə aparılan narkotik maddələrin müəyyən olunaraq götürülməsi halları artıb. Bunu narkotik vasitələrin müəyyən olunması üçün...