Novxanıda ev, qaraj və "Hyundai" yanıb
09
mar
2025
11:37
Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 7 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan əyşalar, ümumi sahəsi 12 m² olan dəhlizin lambirdən ibarət tavanı 4 m² sahədə və həyətdə "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb. Məlum...