Nişanlısı ilə kəbin kəsdirdi, 3 gün sonra öldü - 28 yaşlı Mikayılın ürək dağlayan taleyi - FOTO
Mayın 25-də gecə saatlarında Bakının Qaradağ rayonu ərazisində - Lökbatan dairəsində baş vermiş dəhşətli yol qəzasında vəfat edən 28 yaşlı Mikayıl Məmmədovun bu gün yas mərasimi keçirilib.
BAKU.WS lent.az-a istinadən bildirir ki, mərhumun yaxınlarının dediklərinə görə, Mikayıl nişanlı imiş və Ramazan ayından sonra toyu olacaqmış. Məlum hadisədən 3 gün əvvəl isə o, nişanlısı ilə kəbin kəsdiribmiş. Rəsmi nikah sənədi isə iyulda keçiriləcək toyda imzalanmalı imiş. 28 yaşlı Mikayıl toya görə evi təmir də etdiribmiş.
Yaxınlarının dediyinə görə, Mikayıl atasız böyüyüb və anası ilə bacısına yeniyetmə yaşlarından işləyərək baxıb. Çox zəhmətkeş və ədəbli gənc kimi onu tanıyanlar tərəfindən sevilən Mikayıl 10 ilə yaxın Xətai rayoundakı "Sarıqaya" restoranında işləyib. Bir neçə gün əvvəl isə o, Qaradağ rayonundakı zavodlardan birinə işə düzəlib. Hələ rəsmən işə qəbul olunmayan Mikayıl hadisə baş verən gün yoldaşları ilə işdən şəhərin mərkəzinə doğru gəlirmiş. Dəhşətli qəza da bu zaman baş verib. Maraqlıdır ki, hadisə vaxtı sürücü ilə onun arxasında, yəni sol oturacaqda əyləşən şəxs yüngül xəsarət alsa da, sağ ön oturacaqdakı Mikayıl və sağ arxa oturacaqdakı 36 yaşlı Rüfət Paşayev hadisə yerində vəfat edib.
BAKU.WS
Oxşar xəbərlər
Mikayıl dəbdəbəli villa tikdirdiyi xəbərindən danışdı - "Məni tanıyanlar bilir ki..."
"Space" telekanalının "Sevimli mahnı” verilişinin tanınmış aparıcısı Mikayıl Güləddinoğlu haqda maraqı xəbər yayılıb. Metbuat.az xəbər verir ki, aparıcının Şüv...