17 yaşlı oğul atasını niyə öldürdü? - Divanda televizora baxarkən...
Dünən Bakıda 17 yaşlı oğlanın atasını qətlə yetirməsi hadisəsinin təfərrüatı məlum olub.
Lent.az-ın məlumatına görə, Binə qəsəbəsi, Südçülük Sovxozundakə fərdi yaşayış evində atası, 41 yaşlı Qulu Qasımovu bıçaqlayaraq öldürən 17 yaşlı Kənanın psixi problemlərinin olduğu məlum olub.
Müəyyənləşdirilib ki, son aylarda 17 yaşlı Kənanın davranışlarında ciddi dəyişikliklər olub. O, tez-tez valideynləri, əsasən də anası ilə dalaşırmış. Bir neçə gün əvvəl 17 yaşlı Kənanın çətinliklə qəbul olduğu liseyi özbaşına tərk etməsi isə ailədə münasibətləri daha da kəskinləşdirib. Nəhayət dünən səhər saatlarında anası işə getdikdən sonra atası Kənanla söhbət etməyə çalışıb və oktyabrın 5-də anasına dediyi sözlərə görə onu danlayıb. Gənc oğlan isə atasına sərt cavab verib və heç kimin onun işinə qarışmamasını deyib. Ata ilə oğulun mübahisəsi daha sonra münaqişəyə çevrilib və 17 yaşlı Kənan divanda uzanıb televizora baxan atasına hücum çəkib və ona bıçaqla zərbələr endirib.
Hadisə vaxtı evdə ata ilə oğuldan başqa kimsə olmayıb. Dayısı Kənanı polisə təslim edib.
Qeyd edək ki, oğlu tərəfindən öldürülən Q.Qasımov taksi sürücüsü olub.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 17 yaşlı oğlan atasını öldürdü
Bakıda qətl törədilib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb. Orada yaşaya...