Nişanlı qız evdən qaçdı
22
yan
2019
16:45
İsmayıllıda iyirmi üç yaşlı qız evdən qaçıb.
BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun eyni adlı kəndində baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Babayeva Aynurə Alik qızı yanvarın 16-sı evdən çıxıb bir daha geri qayıtmayıb.Anası Tamilə Babayevanın sözlərinə görə qızı bir ildi nişanlı olub. Qızın son günlərdə dəyişilməsi, telefonla çox danışması, evdən çölə çıxmaması anasında şübhələr oyatsa da, Aynurənin evdən gedəcəyinə güman etməyib.Ananın sözlərinə görə, qızı gedərkən nişanlısına səsli mesaj göndərərək haqqını halal etməsini istəyib.A. Babayevanın itkin düşməsi ilə bağlı qohumları İsmayillı Rayon Polis şöbəsinə müraciət edib. BAKU.WSOxşar xəbərlər
Bakıda 14 yaşlı qız səhər tezdən evdən çıxıb və ...
Bakıda azyaşlı qız itkin düşüb. BAKU.WS trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev...