Bakıda 15 yaşlı qızdan inanılmaz hərəkət
Bakıda yeniyetmə qız yaşadığı evdən xeyli pul və bahalı telefon götürərək qaçıb.
BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə müraciət edən 1983-cü il təvəllüdlü Firəngiz Zərbəliyeva (adlar şərtidir) Binə qəsəbəsində onunla birgə yaşayan qızı Aytənin noyabrın 11-nə keçən gecə saat 03 radələrində evdən qaçdığını bildirib.
Qadın əlavə edib ki, 15 yaşlı qızı evdən qaçarkən 6 min manat pul və “İPhone” markalı telefonu da özü ilə aparıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
15 yaşlı qızın harada olduğu hələlik məlum deyil.
BAKU.WSOxşar xəbərlər
Gəncədə 18 yaşlı qız itkin düşüb
Gəncə şəhərində 18 yaşlı qız itkin düşüb.BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.Həmin prospektdə ev 57, mənzil 2-də yaş...