Bakıda məşhur mağaza YANDI: Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakıda məşhur mağaza YANDI: Hadisə yerindən GÖRÜNTÜLƏR
Video
Hadisə 472

Bakının Nərimanov rayonunda mağaza yanıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 30kv.m. olan musiqi alətlərinin satışı mağazasının anbarında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Yanğın nəticəsində mağazanın anbar hissəsində 6kv.m. sahədə musiqi alətləri, 6 p.m. elektrik kabeli və 3 ədəd elektrik açarı yanıb.

Anbarın böyük hissəsi və mağaza yanğından mühafizə olunub", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

83 yaşlı kişi yanaraq ölüb

83 yaşlı kişi yanaraq ölüb

Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Şərur şəhərində fərdi yaşayış e...

12 Hadisə 10:21 11 mart 2025

Son xəbərlər