Nərimanov rayonunda beşmərtəbəli binada yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov rayonunda beşmərtəbəli binada yanğın olub.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"inə daxil olub.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli binanın ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...