Neftçalada baş verən qətllə bağlı rəsmi açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 22-si saat 9 radələrində Neftçala rayonu, Bankə qəsəbə sakini 1989-cu il təvəllüdlü Mirağa Musayevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Neftçala Rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Famil Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Famil Baloğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Oxşar xəbərlər
Neftçalada qardaşını öldürən şəxs barəsində cinayət işi başlanıb
İyulun 8-i saat 12 radələrində Neftçala rayonu, Həsənabad qəsəbə sakini Zaur Məmmədovun almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna m...