Neftçalada qardaşını öldürən şəxs barəsində cinayət işi başlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 8-i saat 12 radələrində Neftçala rayonu, Həsənabad qəsəbə sakini Zaur Məmmədovun almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Neftçala rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Vahid Məmmədovun ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Zaur Məmmədovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Vahid Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Bakirə “çıxmayan” gəlinə qarşı ər və qayınanadan ŞOK HƏRƏKƏT — Şəkidə DƏHŞƏTLİ HADİSƏ
Yeni ailə quran gənc qıza qarşı dəhşətli işgəncə verməkdə ittiham olunan Şəki şəhər sakinləri — 1990-cı il təvəllüdlü Vazeh Musayev və onun anası, 1960-cı il tə...