Neftçalada fərdi ev yanıb, ölən və xəsarət alan var

Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
BAKU.WS report-a istiandən xəbər verir ki, hadisə evdə təmir işləri aparılan zaman baş verib.
Belə ki, evdə təmir işləri görən qardaşlar döşəməyə dolğu vuran zaman onlardan biri ehtiyatsızlıq edərək siqaret yandırıb. Bu zaman dolğuda yaranmış qaz anidən partlayıb.
Partlayış nəticəsində qardaşlardan biri Bayram Əzizov hadisə yerində ölüb. Digər qardaş Babək Əzizov isə yanıq xəsarətləri alıb.
120 kvadratmetrlik evin bir otağı partlayışla müşahidə olunan yanğın nəticəsində yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
*** 14:01
BAKU.WS report-a istiandən xəbər verir ki, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğluna məxsus fərdi yaşayış evi anidən yanmağa başlayıb. Yanğın əraziyə cəlb olunan FHN əməkdaşları tərəfindən söndürülüb. Buna baxmayaraq, ev sahibi B.Əzizov yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Piyadanı vurub öldürən təcili yardım sürücüsünə hökm oxundu
Bakıda piyadanı vurub öldürən təcili yardım avtomobilinin sürücüsünə hökm oxunub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Zabrat-Maştağa yolunda baş v...
