Nazir Sumqayıt Regional Mərkəzin rəisini işdən çıxardı

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sumqayıt Regional Mərkəzinin rəisini vəzifəsindən azad edib.
BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Hacıyev Adil Əli oğlu vəzifəsindən azad olunub.
Onun yerinə polkovnik Fətullayev Vaqif Cəlal oğlu təyin edilib.
Qeyd edək ki, polkovnik Vaqif Fətullayev 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Bakı Dövlət Universitetini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və Ahmet Yasevi Universitetini bitirib.

Oxşar xəbərlər
Kəmaləddin Heydərovun bacanağı məhkəməyə müraciət etdi
“AFB Bank” ASC “Ecohouse” MMC-ni məhkəməyə verib. BAKU.WS “qaynarinfo.az”a istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi L.Əliyevanın icra...