Nazir iki şöbə müdirini işdən çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.
BAKU.WS Teleqraf.az-a istinadən xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayevin əmri ilə qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub.
Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Bayramovdur. Onların yerinə yeni təyinat olmayıb.
Hazırda Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müdir müavini Züleyxa Qafarova, Maliyyə və uçot şöbəsi müdiri vəzifəsini isə həmin strukturda müavin olan Səbinə Mustafayeva icra edirlər.
V.Mustafayevin əmri ilə Azad Ramiz oğlu Aslanov isə Müdafiə Sənayesi Nazirliyinin Kadrlar şöbəsinin müdiri təyin olunub. Bu vəzifə xeyli müddətdir boş idi.
Qeyd edək ki, işdən çıxarılan İsmayıl Kərimov və Nadim Bayramovu 2019-cu ilin iyul ayında o zaman müdafiə sənayesi naziri olan Mədət Quliyev vəzifəyə təyin etmişdi.
Oxşar xəbərlər
Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var
Gəncədə motosiklet "BakuBus" sərnişin avtobusu ilə toqquşub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində baş verib. Belə ki, 2004-c...