Nazarbayev aeroportunda Azərbaycan vətəndaşından 2 milyon dollarlıq qızıl tutuldu

21
avq
2017
11:34
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşları Astananın "Nursultan Nazarbayev" beynəlxalq aeroportunda 2 milyon dollarlıq qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb.BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, əvvəlcədən daxil olmuş əməliyyat məlumatı sayəsində avqustun 19-da "İstanbul-Astana" reysi ilə uçan sərnişin, 1980-ci ildə anadan olmuş Azərbaycan vətəndaşının adına olan yük saxlanılıb.Axtarış zamanı yükün içərisindən 48 kiloqram ağırlığında, ümumi dəyəri 2 milyon dollardan yuxarı olan müxtəlif qızıl-zinət əşyaları tapılıb. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.BAKU.WS
Oxşar xəbərlər
Nursultan Nazarbayev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev aprelin 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və quru...
