Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var

Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var
Foto
Hadisə 91

Naxçıvan şəhərində zəncirvari qəza olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində baş verib. Yol kəsişməsində 75-BD-273 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil, 75-TA-498 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobil və 75-BE-462 dövlət nömrə nişanlı "Lada" markalı avtomobil toqquşub.

Qəza zamanı Naxçıvan şəhər sakini, 1993-cü il təvəllüdlü Eyvazova Nurəngiz Vilayət qizi xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər