Naxçıvanda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan üç şəxs cərimələnib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan polisi yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər və tütün məmulatları satanlara qarşı reyd keçirib, üç sahibkar cərimələnib.
Bu barədə Naxçıvan DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə obyekt aşkar edilib. Faktlarla bağlı həmin obyektlərin sahibləri Məmiyev Nihad, Qasımov Ülvi və Bağırov Mənsum barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlara xəbərdarlıq edilib.
Qalereya
Oxşar xəbərlər
Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib - VİDEO
Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib. DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Sumqa...