Naxçıvanda məişət əşyalarını lotereya uduşu adı altında satan şəxslər saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotoreya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən bildirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri - Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məhsuliyətə cəlb ediliblər.
Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarını 100-500 manata satdıqları aşkarlanıb.
"Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyyə olunur", - məlumatda qeyd olunub.
Faktla bağlı araşdırmalar davam edir.
Qalereya
Oxşar xəbərlər
Bakıda qolsuz idmançı satıcını amansızlıqla öldürdü - FOTO - TƏFƏRRÜAT
2019-cu il dekabrın 8-də Bakının Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımovun döş qəfəsindən bıçaqlanması və aldığı...