Naxçıvan şəhərində yol qəzası olub - Yaralılar var - FOTO

Naxçıvan şəhərində yol qəzası olub - Yaralılar var - FOTO
Foto
Hadisə 121

Naxçıvan şəhərinin Azərbaycan küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yol qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, "Toyota" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər