Azərbaycanda faciəvi QƏZA - 1 nəfər ölüb, 6 nəfər yaralanıb - YENİLƏNİB - FOTO

Mingəçevir-Bəhrəmtəpə yolunda 2 minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Talıbov Seymur Samir oğlu ölüb.
Qəza zamanı daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***13:18
Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı VAZ-2107 markalı avtomobil əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı HYUNDAİ markalı avtomobillə toqquşub.
VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin təfərrüatı araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Altı nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI: Toydan qayıdırlarmış - FOTO/VİDEO - YENİLƏNİB - 3
Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş v...
