Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Masallı rayon sakini C.Ağayev idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub.
Müayinə nəticəsində C.Ağayevin narkotik maddə qəbul etdiyi və narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə C.Ağayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...