Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan KIA markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Nail Həşimov Baş Dövlət Yol Polisi İdarəsinin VIII taqımının əməkdaşları tərəfindən stasionar posta saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Bununla yanaşı, üzərində narkotik vasitə aşkar olunduğu üçün N.Həşimov barəsində qanunamüvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...