Narkotik qəbul edən "Tofaş" sürücüsü 30 sutka həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və çoxavazlı səs siqnalı ilə təchiz edilmiş "Tofaş" markalı, 77-MQ-054 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Əliyev saxlanılıb.
DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.Əliyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Əliyev 30 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...