Narkotik ittihamı ilə tutulan şəxsə bəraət verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Tofiq Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov müdafiə etdiyi şəxsin verilmiş ittihamla əlaqəsi olmadığını bildirib. O, müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Prosesdə hökm oxunub. Hökmdə təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi elan olunub. Tofiq Qurbanov bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Tofiq Qurbanov polis tərəfindən keçirilən əməliyyatla həbs olunub. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü ( külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslər...