Narkotik istifadəçisi Təcili Yardımın qarşısında keçindi - FOTO

18
iyn
2019
21:32
Narkotik istifadəçisi avtomobildə keçindi. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə Gəncədə narkotik istifadəçisi avtomobildə dünyasını dəyişib. Hadisə Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının qarşısında baş verib.Teymurov Tural Şakir oğlunun meyiti “VAZ 21 07” markalı avtomobildə tapılıb. Ilkin məlumatlara görə o yüksək dozada narkotik istifadə etdiyinə görə dünyasını dəyişib. Şahidlərin sözlərinə görə hadisə zamanı avtomobildə daha 2 nəfər də olub. Deyilənə görə onlar T.Turalı halı pisləşdiyinə görə taksi ilə xəstəxanaya gətiriblər. Onlar həmin şəxsin öldüyünü görüb, hadisə yerində qoyaraq qaçıblar.
Qalereya
Oxşar xəbərlər
Bakıda 20 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürüldü
Bakıda 20 yaşlı gənc bıçaqlanıb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 93 ünvanında baş verib.20 yaşlı gənc ür...
