Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişdi
18
apr
2017
12:04
Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişib.
"Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin rəis müavini, polis polkovniki Cənnət Şeydayev xidməti avtomobildə hərəkətdə olarkən qəfil halı pisləşib. Göstərilən tibbi yardımlara baxmayaraq C.Şeydayev vəfat edib.
İlkin ehtimala görə, mərhum ürəktutmadan dünyasını dəyişib.
BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov həkimi rəis təyin etdi
Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub. BAKU.WS BakiPost.az-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-in...