AZAL-ın vəzifəli əməkdaşı 92 yaşında vəfat edib
Azərbaycanın əməkdar həkimi vəfat edib.
BAKU.WS-in "Report”-a istinadən verdiyi məlumatına görə, "Azərbaycan Hava Yolları” QSC (AZAL) Hava Limanlarının İstismarı İdarəsi rəisinin tibbi-sanitar xidməti üzrə müavini Şövkətxanım Ataməliyeva 92 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ş.Ataməliyeva 1925-ci ildə Bakı şəhərində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, təyinatla Ordubada göndərilib. 1953-cü ildə Bakıya qayıdaraq, aviasiya tibb xidməti sahəsində çalışmağa başlayıb. O, ömrünün 64 ilini aviasiya tibb- sanitar xidməti işinə həsr edib. Ş.Ataməliyeva 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülüb və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilib. Dəfələrlə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatlarını alıb.
Sövkətxanımın 2 övladı, 2 nəvəsi və 3 nəticəsi var.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 10 yaşı tamam olur
29 dekabr 2016-cı il, Bakı - Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə mülki aviasiya sahəsində dövlət siyasəti...