Narkotik istifadəçisi olan tanışını döyərək öldürdü - VİDEO

Narkotik istifadəçisi olan tanışını döyərək öldürdü - VİDEO
Video
Hadisə 620

2019-cu il mayın 24-də polis əməkdaşları Bəşir Səfəroğlu küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin zirzəmisində naməlum kişi meyiti aşkar ediblər.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, şübhəli şəxs qismində saxlanılan əvvəllər 5 ilə yaxın məhkumluq yaşamış 42 yaşlı Mehrac Qəhrəmanov tanışı ilə ötən axşam mübahisə etdiyini və ona xəsarətlər yetirdiyini etiraf edib.

Araşdırmalarla öldürülən şəxsin 31 yaşlı Bakı sakini Orxan Əliyev olması müəyyən edilib. İstintaqla müəyyən edilib ki, mayın 23-ü saat 20 radələrində Mehrac Qəhrəmanov sərxoş vəziyyətdə 2 gün tanıdığı və zirzəmidə birlikdə yaşadığı Orxan Əliyevə yumruq zərbələri vuraraq, sonuncuya ağır xəsarətlər yetirib.

Orxan Əliyev uzun müddət narkotik maddələrdən istifadə etmədiyinə görə onda ağrılar yaranıb. Uzandığı yerdən su istəyəndən sonra, söyüşlər söydüyü üçün Qəhrəmanov köməksiz vəziyyətdə olan zərərçəkmişi öldürüb.

Mehrac Qəhrəmanov bildirib ki, hadisədən təxminən 1 ay əvvəl qardaşları onun evdə yaşamağını istəmədiklərindən Bakı şəhərinə gəlib.

Küçələrdə yatıb, S.Vurğun parkı ilə Nizami küçəsində dilənçilik edib. Nizami kinoteatrının yuxarı tərəfində yerləşən parkda “Malış” kimi tanıdığı oğlanla tanış olub.

Yaşayış sahəsinin zirzəmisində həmin şəxs, o və Yalçın qalıb. Onlar səhərlər şəhərə çıxıb, dilənçilik ediblər, zirzəmiyə ancaq gecələr yatmağa gəliblər.

Yaxşı pul yığanda, axşamlar araq içiblər. 1-2 gün olar ki, Orxan adlı oğlanla tanış olub, o da gecələr onlarla zirzəmidə yatıb.

Özünün deməsinə görə o, narkotik vasitələrdən istifadə etdiyinə görə tutulub. Son günlər ağrıları olduğuna görə, günlərlə zirzəmidən çölə çıxmayıb və onun üçün “narkotik” tapmalarını istəyib.

Mayın 23-də parkda 250 qram araq alıb, tək içib, saat 19 radələrində gəzə-gəzə zirzəmiyə gəlib, pəncərədən içəri girəndə Orxanın matrasda yatdığını görüb.

Matrasın bir tərəfində uzanarkən tanışı ondan su istəyib. Su vermədiyindən Orxan ünvanına söyüş söyüb. Mehrac əsəbləşib, yumruqla Orxanın sifətinə zərbə endirib. Daha sonra digər zirzəmi yoldaşı gəlib, Orxanı döydüyünü görərək və onu saxlayıb.

İçkili olduğundan uzanıb, yatıb. Yanlız səhər saatlarında onun öldüyünü bilib. Məhkəmə prosesində Mehrac Qəhrəmanov ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, Orxan Əliyev narkotik vasitənin təsirindən vəfat edib, onu öldürməyib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər